İsveçrənin Berqyun kəndinin şəkillərini çəkmək turistlərə qadağan olunub.

Paylaşmaq gözəldir...
İsveçrənin Berqyun kəndinin şəkillərini çəkmək turistlərə qadağan olunub.

Buna səbəb kəndin həddən artıq gözəl olmasıdır. Yerli icmanın rəhbərliyi bildirir ki, kənd o qədər gözəldir ki, onun şəkillərini çəkdirib internetdə paylaşanda insanlar depressiyaya düşürlər ki, niyə biz də o kənddə yaşamırıq.
Təklif olunur ki, insanlar bu kəndə mümkün qədər tez-tez gəlib gözəlliyindən zövq alsınlar və ruhları dinclik tapsın. Qaydalara əməl etməyən turistləri 5 dollar cərimə gözləyir. Cərimədən toplanan gəlir kəndin xərclərinə istifadə olunacaq.
Yerli turizm agentliyi də tələblərə əməl edərək öz səhifəsindən kəndin şəkillərini silməli olub. Sosial şəbəkələrdə isə bu addım lağa qoyulub. Bildirilir ki, bu ya çox qəribə zarafat, ya da gülünc qərardır.

muxalifet.az

 

755 dəfə baxılıb...

Oxşar postlar