Həm xərçəng, həm hamilə olduğunu öyrəndi -Verdiyi qərar şok etdi

Paylaşmaq gözəldir...

İngiltərədə yaşayan Abbie Kolvin adlı qadın ard-arda iki şok edici xəbər alıb.

Metbuat.az xəbər verir ki, 2016-cı ildə 19 yaşında olan gənc qadın belindəki şiddətli ağrılardan şikayətlənərək həkimə müraciət edib. Həkim xəstəliyinin sistis olduğunu deyib və antibiotik verib. Həmin dövrdə tibb tələbəsi olan Abbie xəstəliyini araşdırıb və sistisdən daha ağır bir xəstəlik olduğunu düşünüb. Vəziyyəti yaxşılaşmadıqda yenidən həkimə gedən Abbie həqiqəti öyrənib.

Gənc qadın 19 yaşında olmasına baxmayaraq uşaqlıq xərçənginə yaxalanmışdı. Müalicə olunmağa başlayan qadın bir neçə həftəlik hamilə olduğunu öyrənib.

Kimya terapiya uğurlu olmazsa qadının yumurtalığını əməliyyatla götürmək lazım gələcəkdi. Abbie bu körpəni tək öz körpəsinə sahib olma şansı olaraq görürdü. Buna görə də müalicəsini körpənin zəhərlənməsini istəmədiyi üçün rədd edib.

Cəsur ana həm hamiləliyini, həm tibb məktəbini, həm də tibb məktəbini eyni anda idarə edib. Abbie 8 aylıq ikən tam sağlam bir şəkildə Oskar adlı körpəsini dünyaya gətirib.

Abbie doğuşdan 2 həftə sonra müalicəsini davam etdirib. Vəziyyəti əvvəlcə yaxşılaşsa da, sonradan pisləşməyə doğru gedib.

Əgər son testləri təmiz gəlməzsə Abbie 16 iyul tarixində əməliyyata girəcək və yumurtalığı götürüləcək.

Əməliyyatdan sonra xərçəngdən tamamilə xilas olma şansı yüksək olsa da Abbie bir də ana ola bilməyəcək.

90 dəfə baxılıb...

Oxşar postlar