Köhnə sevgilisini toyuna çağırdı – Daha sonra yaşananlar sosial şəbəkədə gündəm oldu

Paylaşmaq gözəldir...

ABŞ-ın Nebraska əyalətində yaşayan Hayley Stamper adlı qadın evlənməsinə qısa müddət qalan zaman toy dəvətnamələrini paylamağa başlayıb.

Metbuat.az “Mynet.com”a istinadla bildirir ki, qadın toyunun dəvətli siyahısını hazırlayarkən köhnə sevgilisini də toyuna dəvət etmək qərarına gəlib. Köhnə sevgilisinə dəvətnamə göndərən Hayley kağızın üzərinə iştirak məlumatı və mahnı təklifi seçimləri əlavə edib. Gənc adam dəvətnaməyə hər kəsi güldürən və gündəmə oturmasına səbəb olan maraqlı bir cavab verib.

“Bu mahnını əgər çalsan səninlə rəqs edəcəm” sözləri ilə mahnı təklifinə “I loved her first” (onu ilk mən sevmişdim) mahnısını yazıb.

Köhnə sevgilisinin cavabını gördükdə Halley əvvəlcə çox təəcüblənib və vəziyyəti olduqca gülünc qarşılayıb. Haley daha sonra bu vəziyyəti sosial şəbəkədə paylaşıb.

Köhnə sevgilisini toyuna çağırmasına təəcüblənənlərə “Biz hələ də çox yaxşı dostuq, o səbəblə çağırdım” deyən Halley “onunla rəqs etdinmi?” sualına isə “o qədər də çılğın deyiləm” cavabını verib.

Ölkə gündəminə düşən hadisə sosial şəbəkədə də böyük əks sədaya səbəb olub.

200 dəfə baxılıb...

Oxşar postlar