Rasim Balayevin səhhəti pisləşdi – SON DURUMU

Paylaşmaq gözəldir...

Xalq artisti Rasim Balayevin səhhətində yenidən problemlər yaranıb, aktyor xəstəxanaya düşüb.

Ordan-burdan.com xəbər verir ki,  yenicag-a açıqlama verən tanınmış aktyor ayağında problem yarandığını deyib:

“Doğum günümdən iki gün əvvəl, avqustun 6-da qəfildən yıxıldım. Elə bildim, ayağım ilişib, yıxılmışam, amma sən demə, bu hadisə xəstəlik nəticəsində baş verib. Xəstəxanaya getdim, müayinə olundum. Həkimlər deyir ki, sinirlə bağlıdır, bel yırtığı xəstəliyinin ağır fəsadıdır. Əməliyyat olunmaq istəmirəm, çünki bilirəm, xeyri olmayacaq. Yeriməyimdə problemlər yaranıb. Maşın da sürə bilmirəm. Hər gün oğlum məni Şüvəlandan Bakıya həkimə aparıb-gətirir. Ayağıma “tok” verilir”.

59 dəfə baxılıb...

Oxşar postlar