20-ci əsrin ən cazibədar kişisi, son bandit öldü – FOTO

Paylaşmaq gözəldir...

ABŞ-ın Florida ştatında 20-ci əsrin ən məşhur aktyorlarından biri, “əsrin ən cazibədar kişisi” adlanan 83 yaşlı Bert Reynolds vəfat edib.

Milli.Az bildirir ki, bir vaxtlar seks-simvol sayılmış aktyor zamanında Hollivudun ən çox gəlir əldə edən və uğurlu sənətçisi idi.

Aktyorun agenti Erik Kritserin dediyinə görə, B.Reyonlds kəskin ürəktutmadan vəfat edib. O, Floridada hospitala aparılmışdı.

2010-cü ildə ürəyində cərrahiyyə əməliyyatı keçirmiş B.Reynoldsun ürək-damar sistemində problemlər vardı.

Aktyoru məşhurlaşdıran rollar “Polis və bandit” trilogiyasındakı “Bandit” Bo Dervil, Pol Tomas Andersonun “Buqi stilində gecələr” dramında pornorejissor Cek Horner, “”Tom mərmisi” yarışları” filmindəki avantürist Cey-Cey MakLur idi.

“Oskar” mükafatına nominant olmuş Bert Reynolds iki “Golden Glob” və “Emmy” mükafatlarını alıb.

63 dəfə baxılıb...

Oxşar postlar