Məşhur yarışda şok anlar: rəqibə qarşı əxlaqsız hərəkət – VİDEO

Paylaşmaq gözəldir...

Dünyanın ən nüfuzlu motoçempionatı sayılan “Moto2″nin San-Marino Qran-Pri mərhələsində (San Marino MotoGP) biabırçı olay yaşanıb.

Milli.Az European-a istinadən bildirir ki, italyan motosikletçi Romano Fenati yarış zamanı döngədə rəqibi Stefano Manzinin motosikletinin əylənc rıçaqını sıxıb.

Bəxti gətirən Manzinin baykı aşmayıb və o, ağır qəzaya uğramayıb.

R.Fenati isə 2 yarışlıq diskvalifikasiya ilə cəzalanıb. Bu səbəbdən o, İspaniyanın Araqon əyalətində və Taylandda keçiriləcək “Moto2” mərhələlərinə qatıla bilməyəcək.

Bir neçə il əvvəl R.Fenati tərbiyəsiz davranışına görə VR46 akademiyasından qovulmuşdu. 2015-ci ildə Argentina Qran-Pri yarışında isə o, Niklas Ayonu təpiklədiyi üçün 3 cərimə xalı ilə cəzalanmışdı.

Romano Fenati gələn ildən etibarən “MV Agusta” komandasının heyətində çıxış edəcək.

Əfsanəvi motosikletçi Kel Kratçlou dünən bəyanat yayaraq R.Fenatinin yarışlardan ömürlük kənarlaşdırılmasını tələb edib

Motoyarış ekspertlərpi Fenatinin davranışını “əxlaqsız hərəkət” kimi dəyərləndiriblər.

36 dəfə baxılıb...

Oxşar postlar