Generaldan xəyanət və rüşvətlə bağlı sərt xəbərdarlıq

Paylaşmaq gözəldir...

Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq.

Ordan-burdan.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Konfransda çıxış edən Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət  işi açılıb: “Komitənin daxili istintaq idarəsində  kemidirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb.  9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu  vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib.  113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib”.

34 dəfə baxılıb...

Oxşar postlar