Sinif yoldaşını pendirlə öldürdü – FOTO

Paylaşmaq gözəldir...

Britaniyanın paytaxtı Londoun qərbindəki Qrinford səmtindəki orta məktəblərdən birinin şagirdi, 13 yaşlı Karanbir Çimanın ölüm səbəbləri araşdırılır.

Milli.Az The Sun-a istinadən bildirir ki, Çima sinif yoldaşının “zarafat”ı nəticəsində keçinib. Süd məhsulları, buğda, yumurta, qoz və qlyutenə qarşı çox ciddi allergiyası olan Karanbirin bu mərəzindən məktəbdə az qala hamı xəbərdardır.

Müəllimlər və şagirdələr Çimanın allergiya xəstəsi olduğunu dərk edirdilər və bu səbəbdən 13 yaşlı oğlan üçün məktəbin yeməkxanasında da xüsusi menyu hazırlanmışdı.

Çimanın sinif yoldaşlarından biri zarafat etmək fikrinə düşərək oğlanın yaxasını aralayaraq ora pendir tikəsi atıb. Çimanın halı pisləşib, pendirin dəydiyi yerdə dəri qızarıb.

Karanbirdə anafilaktik şok başlayıb və o, tənginəfəs halda məktəbin tibb məntəqəsinə aparılıb. Şagirdə dərman verilsə də, bir nəticə hasil olmayıb.

Ürəktutma keçirən Karanbir Çima təcili yardım maşınında “Great Ormond Street Hospital”a aparılıb. 11 gün sonra isə o, intensiv terapiya bölməsində keçinib.

Çimanın ölümünə səbəb olmuş 13 yaşlı sinif yoldaşı saxlansa da, ona qarşı ittiham irəli sürülməyib. Həmin şagird məktəbdən qovulub.

50 dəfə baxılıb...

Oxşar postlar