Aşurada iraqlı atanın oğlunun “başını kəsməsi” videosu saxta çıxıdı

Paylaşmaq gözəldir...

Azərbaycanda bəzi KİV-lər bir səhnələşdirilmiş video yayımlayaraq, onun Aşura günü ilə əlaqədar həyata keçirildiyini iddia ediblər. Lakin az keçməmiş onun Aşuraya aid olmadığı həm də səhnələşdirilmiş video olduğu ortaya çıxıb.

Ordan-burdan.com salamnews-a istinadən bildirir ki, xəbərdə iddia edilib ki, bir iraqlı ata Aşura günündə öz kiçik oğlunun başını kəsərək onu İmam Hüseyn (ə) yolunda qurban edib.

Lakin azacıq araşdırmadan sonra videonun 5 ay öncəyə həm də Kərkük dərvişlərinin “ayini”nə aid olduğu ortaya çıxıb.

Belə ki, bu videonun dünyanın bir çox bölgələrində, eləcə də Kərkükdə yaşayan Qadiriyyə dərvişlərinin Rifaiyyə qanadına aid olduğu bəlli olub. Sünni və ya şiə məzhəbindən olmayan bu qrup Kərkükdə adətən də mövlud günlərində müxtəlif çalğı adətləri ilə avazlar və ahənglər oxuyur və bədənə müxtəlif kəsici alətlərlə xəsarət yetirməklə müxtəlif nümayişləri sərgiləyirlər.

Amma “İmam Hüseynə görə başı kəsilən uşağ”ın videosuna gəldikdə isə onun elə ilk baxışda real deyil, səhnələşdirilmiş olduğunu eləcə də şiə əzadarlıq ayini deyil, Qadiriyyə-Rifaiyyə dərvişlərinin ayini olduğu əldə edilir. Məsələn, çalğı alətləri, qara deyil ağ geyimlər, kütlənin, o cümlədən azyaşlıların orada hazır olması göstərir ki, bu səhnələşdirlmiş və Aşuraya aid olmayan görüntüdür.

Burada daha maraqlı məqam sözügedən videonun Aşuraya, şiələrə nisbət verən tərəfin kimliyidır. Azacıq araşdırmadan sonra məlum oldu ki, 5-6 ay bundan öncəyə aid olan videonu Aşuraya nisbət verən ilk şəxs təkfirçi və məzhəbçi Sam əl-Ğubari adında yəmənli bir “jurnalist”dir. O, bu videonu 18 sentyabrda öz Twitter səhifəsində paylaşıb və təxribat yaratmaq istəyən digər saytlar da onu dərc ediblər. Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki müharibəsini dəstəkləyən Sam əl-Ğubari paylaşdığı əksər yazılarında digər məzhəblərin xüsusilə də haşimiləri, şiələri və sair təhqir və təkfir edir.

41 dəfə baxılıb...

Oxşar postlar