Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra mühafizəçilərin yanından belə qaçdı – ANBAAN VİDEO

Paylaşmaq gözəldir...

Sentyabrın 20-nə keçən gecə İstanbulun Florya adlanan ərazisindəki ofisində “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirovun hadisə yerindən necə uzaqlaşması kameralara düşüb.

Publika.az xəbər verir ki, Türkiyə mediası G.Dəmirovun hadisə yerinə gələn insanların arxasından necə keçib getməsini əks etdirən görüntüləri yayıb.

Qeyd edək ki, məlum qətldən 3 saat sonra keçmiş polis polkovniki və biznesmen olan Gözəl Dəmirov Beşiktaşdakı Etiler məhəlləsində sürücüsü ilə birgə tutulub. O, E.İsmayılovu dəyəri 4 milyon lirə olan şirkət səhmlərinə görə qətlə yetirdiyini etiraf edib.

Onu da qeyd edək ki, qətlə yetirilən E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında 4 yaşlı oğlu var.

166 dəfə baxılıb...

Oxşar postlar