“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” – Girov düşən 16 yaşlı çoban

Paylaşmaq gözəldir...

İyulun 24-ü heyvanları otaran zamanı yanlışlıqla Ermənistan sərhədini keçən və orada həbs olunan 16 yaşlı türkiyəli Ümid Əli Özmen saxlanma şəraitindən danışıb.

Ordan-burdan.com qafqazinfo-ya istinadən xəbər verir ki, çobanın sözlərinə görə, səhhətində heç bir problem yoxdur və Ermənistanda hər hansı pis münasibətlə qarşılaşmayıb:

“Təkbaşına bir kamerada qalırdım. Əl-qol hərəkəti ilə anlaşırdım. Azərbaycanca bilən biri vardı, çox rahat şəkildə bir-birimizi başa düşürdük. Dörd nəfərlik otaq olsa da, əcnəbi olduğum üçün tək qalırdım”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan erməni baş nazir Nikol Paşinyana zəng edərək gəncin ölkəsinə təhvil verilməsini istəmişdi.

80 dəfə baxılıb...

Oxşar postlar