“O səs Türkiyə” jüriləri aldığı fantastik maaşlarına görə tənqid olundu

Paylaşmaq gözəldir...
TV8 kanalının sahibi Acun Ilıcalı “O səs Türkiyə” proqramındakı jürilərin maaşını artırıb.
Ötən il münsiflərə hər bölümə görə 60 min lirə ödəniş edən Acun bu mövsüm onların maaşına 10 min lirəyədək əlavə edib.
Beləliklə, yarışmada jüri olan Seda Sayan, Hadisə və Murat Boz hər çəkiliş üçün 70 min lirə, Beyazıt Öztürk isə onlardan fərqli olaraq 90 min lirə maaş alacaq.
Qeyd edək ki, onların maaşının açıqlanması Türkiyənin iqtisadi vəziyyətinin yaxşı olmadığı bir dövrdə izləyicilər tərəfindən fantastik adlandırılıb və qınanılıb.
///Oxu.az
38 dəfə baxılıb...

Oxşar postlar