“Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq” Qurban Qurbanov

Paylaşmaq gözəldir...

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”a qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında çıxış edib.

Ordan-burdan.com Trend-ə istinadən bildirir ki, baş məşqçi Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib:

“Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavəyə ehtiyac yoxdu. Çox ciddi hazırlaşırıq oyuna. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir. Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək”.

“Tək Gerrye yox, bir neçə futbolçumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək. Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədir. Futbolun sevilməsi üçün şansdır. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa yaxşıdı. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz. Hər şey normaldı, qaydasındadır. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər amma ən sadiq azarkeşlərimizdən biridir. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq”- Qurbanov bildirib.

34 dəfə baxılıb...

Oxşar postlar