Hacıqabulda minik maşını aşıb, 2 nəfər xəsarət alıb

Paylaşmaq gözəldir...

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ordan-burdan.com “Report”a istinadən bildirir ki,  “VAZ-21015” markalı avtomobil gecə saatlarında Bakı-Qazax magistralının 135-ci kilometrliyində, yolun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində beton maneəyə çırpılaraq yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər – 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hümbətov Pərviz Akif oğlu və 1992-ci il təvəllüdlü Şirvan sakini Bünyatov Kənan Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
31 dəfə baxılıb...

Oxşar postlar