Nazirlik əməkdaşının meşədə asılmış meyiti tapıldı – FOTO

Paylaşmaq gözəldir...

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidə, ağacdan asılı vəziyyətdə tapılıb.

Ordan-burdan.com-un Report-a istinadən məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də, səhər saatlarında Şəki şəhəri “Dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməyib.

Faktla bağlı araşdırma aparılır.

43 dəfə baxılıb...

Oxşar postlar