Bakıda sərnişinlə dolu avtobus “Prado” ilə toqquşdu – Tıxac yarandı

Paylaşmaq gözəldir...

Paytaxtın Sabunçu rayonu, Zabrat-Sabunçu yolunda 131 nömrəli marşrut avtobusu “Prado” markalı avtomobillə toqquşub.

Milli.Az xəbər verir ki, saat 07:15 radələrində “Koroğlu” istiqamətində hərəkətdə olan sərnişinlə dolu  avtobusun qəzaya uğraması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sərnişinlər dərhal avtobusu tərk ediblər. Yolda tıxac yaranıb.

33 dəfə baxılıb...

Oxşar postlar