Avtobus qəzaları artır – sərnişinlərin sığorta məsələsi gündəmə gəlib – VİDEO

Paylaşmaq gözəldir...

Son vaxtlar avtobus qəzaları və bu hadisələr zamanı xəsarət alanların sayının artması sərnişinlərin sığorta məsələsini gündəmə gətirib.

Ordan-burdan.com bildirir ki, icbari sığortalar haqqında qanuna görə ictimai nəqliyyatda sərnişinlərin hüquqlarının qorunması məqsədilə marşrut avtobuslarının sahibləri sürücünün mülki məsuliyyətini icbari qaydada sığortamalıdır. Bunun üçün ödəniləcək məbləğ isə hər avtobusa görə 250-300 manat arasında dəyişir. Qaydalara görə, sağlamlığa dəymiş ziyana görə 1 hadisə üzrə 50 min manat məbləğində sığorta məbləği nəzərdə tutulub.

Hüquqşünas Asif Abdullayev bildirir ki, sərnişinlərə dəyən zərərin həcmi tibbi ekspertizanın rəyindən asılı olaraq dəyişir. Xəsarət alan vətəndaşlar daşıyıcı şirkətlərdən aldıqları xəsarətə görə bu ödənişi tələb edə bilərlər.

Onun fikrincə, əgər qəza hadisəsi sürücünün sərxoş olması səbəbindən və ya başqa səhlənkarlığı ucbatından baş verərsə, sığorta şirkətləri sərnişinə dəyən zərəri ödədikdən sonra həmin şəxsi məhkəməyə verərək xərclədiyi vəsaiti geri tələb edə bilər.

Əgər hansısa sahibkar mülki məsuliyyətinin qəza sığortasını etdirməyibsə, onun qanunda nəzərdə tutulan cəriməsi də var. Bu halda fiziki şəxslər 50 manat, vəzifəli şəxs 100 manat, hüquqi şəxs isə 300 manat məbləğində cərimə edilir. /xezerxeber.az

34 dəfə baxılıb...

Oxşar postlar