Nurməhəmmədovun atası oğlunu sərt şəkildə cəzalandıracaq

Paylaşmaq gözəldir...

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.

Ordan-burdan.com “report”-a istinadən bildirir ki, bunu böyük Nurməhəmmədov Birinci kanalın efirində deyib.

“Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar, kənar şəxslər var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır”, – deyə idmançının atası bildirib.

29 dəfə baxılıb...

Oxşar postlar