“O, İstanbulda, mən Kiyevdə… Heç dəxli var?”

Paylaşmaq gözəldir...

Ötən həftə müğənni Günay İbrahimlinin təqdim etdiyi “Can atma” adlı klipi müzakirələrə səbəb olub. Kimisi sənətçinin obrazını, kimisi ifasını, kimisi isə rəqsini tənqid edib. Bundan əlavə, sənətçinin Ukraynada çəkdirdiyi klipin plagiat olduğu iddia edilib. Hətta axşam.az saytı ekran işinin Edis, Sıla, Svetlana Loboda kimi məşhurların klipindən bəhrələnməsi barədə yazı dərc edib.

Ordan-burdan.com bildirir ki, qafqazinfo.az müzakirə olunan məsələ ilə bağlı G.İbrahimli ilə əlaqə saxlayıb. “Adlarını sadaladığınız şəxslərin klipləri ilə yayılan xəbərlərdən sonra tanış olmuşam. Bir tək Lobodanın “Superstar” layihəsinə baxmışam. Etiraf edirəm ki, həmin klipdəki paltarı bəyənmişəm və modelyerimə fərqli bir şəkildə hazırlamasını xahiş etmişəm. Bir bənzərlik budur. O da klip yox, geyim bənzərliyidir. Körpünün üstündə minlərlə klip çəkilib.  Edis İstanbulda mən Kiyevdə çəkdirmişəm, heç dəxli var?

Nə geyim, nə xareoqrafiya, nə mahnı, nə obraz eynidir. Hər körpüdə klip çəkilən iş plagiat sayılır? Bundan əlavə, obrazım üzərində ukraynalı stilistlər çalışıb. Onlar da inanmıram ki, Sıladan bəhrələnsinlər, məni ona oxşatsınlar. Sözsüz ki, hamısı özünü təsdiqləmiş sənətçilərdir. Amma belə bir şey olsa, səmimi şəkildə deyərəm ki, bəli, bəhrələnmişik. Amma bütün detallar barədə rejissor danışsa, daha yaxşı olar”,- İbrahimli bildirib.

Klipin rejissoru Fərhad Əli isə “Hamısı savadsızlıqdan irəli gəlir, başqa heç nə deyə bilmərəm” qeyd edərək məsələyə qısa şərh verib.

34 dəfə baxılıb...

Oxşar postlar