Orxanın anası Əli Mirəliyevi hədələdi: “Sus, elə eləmə ki, səni…”

Paylaşmaq gözəldir...

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun doğma anası Lalə xanımla müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanıb.

Buna səbəb müğənninin Orxan barəsində söylədiyi “Ona-buna atıb” sözləri olub.

Ordan-burdan.com xəbər verir ki, yenicag.az-a açıqlama verən Lalə xanım Ə.Mirəliyevi susdurub:

“Əli kimdir axı, mənim ailə işlərimə qarışır? O, sadəcə, dayım qızının həyat yoldaşıdır. Heç kim ona ixtiyar verməyib ki, insanların həyatına müdaxilə etsin, ağzına gələni danışsın. Buradan ona səslənirəm, “Əli, sus, elə eləmə ki, səninlə başqa cür danışım”.

Lalə xanım oğlu Orxanın dələduzluqda ittiham olunması faktına belə münasibət bildirib:

“Oğlum dələduz deyil. Amma müəyyən səhvləri var, həyatda heç kim heç nədən sığortalanmayıb. Yıxılana balta çalmaq lazım deyil. Mənim oğlumu baltalamayın, axı mən də anayam, sarsılıram”.

Qeyd edək ki, O.Nadirov Bakı şəhər istintaq təcridxanasında saxlanılır.

161 dəfə baxılıb...

Oxşar postlar