Bakı-Sumqayıt yolundakı ağır qəzada yol polisinin oğlu öldü – VİDEO

Paylaşmaq gözəldir...

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“report” xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı

Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır.

154 dəfə baxılıb...

Oxşar postlar