Həbib Putinlə görüşə getdi

Paylaşmaq gözəldir...

 

UFC üzrə çempion Həbib Nurməhəmmədov Ulyanovskda keçiriləcək “Rusiya: idman dövləti” idman forumuna yola düşüb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, döyüşçü forumda digər idmançılarla birlikdə ölkə prezidenti Vladimir Putinlə görüşəcək.

Prezident və döyüşçünün ayrı görüşü planlaşdırılmayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Döyüşdən sonra Putin idmançı telefonla şəxsən təbrik edib.

40 dəfə baxılıb...

Oxşar postlar