Sumqayıtda 3 şadlıq evinin sahibi cərimələndi – hər biri 2500 manat – VİDEO

Paylaşmaq gözəldir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri şadlıq evlərində atmosferə atılan zərərli qaz qarışıqlarının yol verilən həddən artıq olması müəyyən olunub.

Xezerxeber.az bildirir ki, nəticədə 3 şadlıq evinin sahibi hər biri 2500 manat məbləğində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən cərimə olunub.

İdarədən bildirilib ki, may ayında Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və ictimai- iaşə obyektlərinin rəhbərliklərinə atmosfer havasına atılan zərərli maddələrin normallaşdırılması məqsədi ilə müasir qurğu və avadanlıqların quraşdırılmasından ötrü xəbərdarlıq məktubları verilib.

Xəbərdarlıqdan sonra vəziyyəti yoxlamaq üçün reydlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

25 dəfə baxılıb...

Oxşar postlar