Ən az benzin yandıran avtomobillər – İNANILMAZDIR – SİYAHI

Sənaye inkişaf etdikcə müxtəlif sektorların fəaliyyətində də çeşidlilik yaranır. Lakin dünya bir müddət sonra eynilikdən bezir. Sənayenin təbiətə vurduğu ziyan isə artıq rəqəmlərlə ölçülmür. Avtomobil sektoru isə bu zərərin başında gələn amillərdəndir. Artıq dünyada bir çox ölkə, Günəş enerjisi, elektirklə işləyən zərərsiz avtomobillərdən istifadəyə keçid edir. Bütün dünyanın bu yenilikləri tətbiq etməsinə isə illərlə zaman lazımdır. O zamandək çalışıb ən…

Ardını oxu

Azərbaycanda ilk: xəstənin ürək pərdəsindən yeni ürək qapağı düzəldildi

Azərbaycan səhiyyəsində ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən pozulmuş ürək qapağının yenisi ilə əvəzolunmasında istifadə edilib. Ordan-burdan.com  Trend-ə istinadən bildirir ki, “Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi, professor Kamran Musayev və komandası tərəfindən həyata keçirilib. Dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq…

Ardını oxu

Bəzi çaylarda biogen və spesifik çirkləndiricilərin miqdarı normadan dəfələrlə çoxdur

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Ordan-burdan.com-a verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 37 m3/san artaraq 184 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və…

Ardını oxu

Azərbaycanlı aktyorun çəkildiyi filmə 18+ qadağası (VİDEO)

Türkiyənin yeni çəkdiyi və Xalq şairi Sabir Rüstəmxanlının qardaşı oğlu Namiq Rüstəmxanlının da rol aldığı “Dəlilər” filmi Almaniyada nümayişlərə başlayıb. Almaniya radikal millətçi ünsürlər daşıdığı və gənclər üçün uyğun olmadığını əsas gətirərək, filmin kinoteatrlara 18+ qadağası ilə buraxılmasına icazə verib. Almaniya hökumətinin bu qərarı filmin yaradıcı heyəti tərəfindən etirazla qarşılanıb. axar.az

Ardını oxu

ABŞ polisi səhvən 21 yaşlı kişini öldürdü

ABŞ-da polis əməkdaşları səhvən 21 yaşlı kişiyə atəş açıb. Ordan-burdan.com bildirir ki, Trend-in CNN telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Alabama ştatının Quver şəhərində baş verib. Polislər 21 yaşlı kişini ticarət mərkəzində atışmada günahkar hesab edib ona atəş açıblar. Məlumata əsasən, hal-hazırda əsl cinayətkar sağ və azadlıqdadır. Polis onun axtarışını aparır.

Ardını oxu

Azərbaycanda 80 min nəfərin ölümünə səbəb olmuş dəhşətli zəlzələdən 351 il ötür

1667-ci ilin bu günündə Azərbaycanın Şamaxı rayonunda baş vermiş dəhşətli zəlzələdən 351 il ötür. Ordan-burdan.com report-a istinadən bildirir ki, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində 80 min insan həyatını itirib. Zəlzələ Rixter cədvəli ilə 6,9 maqnituda gücündə qeydə alınıb. Həmin zaman Şamaxı şəhərinin üçdə bir hissəsi dağılıb.

Ardını oxu

Mingəçevirdə faciə: laqonda ilə qolunu və ayağını kəsdi

Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Ordan-burdan.com report-a istinadən bildirir ki, evlərdən birində təmir işləri görən 1981-ci il təvəllüdlü Sarıyev Etibar Vahid oğlu laqonda ilə ehtiyatsız davranaraq qolunu və ayağını kəsib. Xəstəxanaya aparılan yaralı dərhal əməliyyat olunub. Bununla belə vəziyyəti ağır olan şəxsin paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb. Bundan əvvəl Şəkidə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib.

Ardını oxu

İşdən evə qayıdarkən maşın vurdu

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ordan-burdan report-a istinadən bildirir ki, şəhərin Xəzər bağlarında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şükür Mahmud oğlunu işdən çıxıb evə gedərkən maşın vurub. Sumqayıtda olimpiya kompleksinin işçisi olan kişi dərhal yaxınlıqda olan insanların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan Şükür Hüseynov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bundan…

Ardını oxu

Saatlıda kriminal avtoriteti başından vurub öldürdülər

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib. Ordan-burdan report-a istinadən bildirir ki, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib. Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib. Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda…

Ardını oxu
1 2