Oqtay Əsədovdan Tahir Kərimliyə – “Deyəsən, dərmanın dozası çox yuxarı oldu”

Paylaşmaq gözəldir...
Deputat Tahir Kərimli “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində  sözügedən layihənin müvafiq maddəsində işlədilən “effektiv” sözünün işlədilməsinə etiraz edib. 
Ordan-burdan.com Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki,  həmin sözü “səmərəli” sözü ilə əvəz etmək lazımdır: “Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. Onu gələcək nəsillərə ötürmək istəyirik. Biz dilimizi hansı günə qoymaq istəyirik? Dilimizi sevsək  başqa millətlər də bizi sevəcək. Biz burada qanun qəbul edirik və hamıya nümunə göstəririk. Dilimiz pozula-pozula gedir”.
 
Deputat Musa Quliyev isə T. Kərimliyə cavab olaraq ki, sözügedən qanunda işlədilən “effektiv” sözünün tibbi termin olduğunu vurğulayıb: “”Effektiv” sözü dərmanın dozasını müəyyən edir.  Ona görə də “səmərəli” sözü ilə eyni mahiyyəti daşımır. Səmərəli dərman o deməkdir ki, o dərmanın insana xeyri var. Bu dünyada qəbul edilmiş farmokoloji termindir”.
Spiker Oqtay Əsədov sözügedən reaksiyalara bu cür  reaksiya verib: “Deyəsən, dərmanın dozası çox yuxarı oldu. Dərman qalıb, keçmişik başqa mövzulara. Mən də dilimizin qorunmasının tərəfdarıyam. Bu məsələlərlə gələcəkdə də məşğul olmaq lazımdır”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki,  dərmanlarla bağlı terminləri  hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: “Ona görə də bizi başa düşmək lazımdır. “Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.
Sonda çıxış edən  birinci vitse-spiker Z.Əsgərov isə “effektiv” sözünün dilimizə təhlükə olmadığını vurğulayıb.
 
Deputat Tahir Kərimli “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində sözügedən layihənin müvafiq maddəsində “effektiv” sözünün işlədilməsinə etiraz edib.
39 dəfə baxılıb...

Oxşar postlar