Vatsap dəyişir

Paylaşmaq gözəldir...

“Vatsap” messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq.

Ordan-burdan.com Publika.az -a  istinadən xəbər verir ki, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq.

“Votsap” – mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə “Facebook” şirkəti “Vatsap”ı satın alıb və indi onun sahibidir.

16 dəfə baxılıb...

Oxşar postlar