Əhəd Abıyev qəza xəbərini yayanları söydü

Paylaşmaq gözəldir...

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi ilə bağlı məlumat yayılıb. Xəbərə görə qəza zamanı icra başçısı heç bir xəsarət almayıb.

Ordan-burdan.com xəbər verir ki, məsələ ilə bağlı unikal.org saytının əməkdaşı icra başçısı ilə danışmaq istəyib. Lakin Ə. Abıyev bu xəbəri yayanlar haqda ağır ifadələr işlədib və qəzaya düşmədiyini bildirib.

Xəbərin yayılmasından az sonra isə Daşkəsən RİH-dən qafqazinfo-ya rayonda keçirilən tədbirlə bağlı məlumat göndərilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müşavirəsi olub və Rayon Mədəniyyət Mərkəzində baş tutub.

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının sədri, idarə, müəssisə və  təşkilatların rəhbərləri, həmçinin mülki müdafiə işinin təşkilinə cavabdeh şəxslər iştirak ediblər.

Xəbərə Ə. Abıyevin qəbuldan çəkilmiş fotoları da əlavə olunub. Həmin fotoları da təqdim edirik:

———-
11:32

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Ordan-burdan.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

31 dəfə baxılıb...

Oxşar postlar