Trampla Putin arasında G20-də 15 dəqiqəlik ayaqüstü söhbət – DETALLAR MƏLUM OLDU

Paylaşmaq gözəldir...

 

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Argentinada keçirilən G20 sammitində ayaqüstü söhbətinin detalları məlum olub.

Ordan-burdan.com Publika.az-a  istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama verib. Rusiyalı lider Trampa Kerç boğazındakı vəziyyət barədə məlumat verib.

“Qəbul vaxtı Donald Tramp prezidentimizə yaxınlaşdı. Qısa söhbət baş tutdu. Söhbətin mövzusu əsasən Kerç boğazındakı gərginliklə bağlı oldu”, – deyə Uşaqkov bildirib.

Uşakovun sözlərinə göə, söhbət 10-15 dəqiqə çəkib. Həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunub. Eyni zamanda Putinin Vaşinqtona səfəri barədə söhbət olmayıb.

7 dəfə baxılıb...

Oxşar postlar