Azərbaycanlı milyonçu sevgilisini küçənin ortasında VƏHŞİCƏSİNƏ DÖYDÜ – FOTO/VİDEO

Paylaşmaq gözəldir...

Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Mariya Syaçinanı Moskvada döyməsinin görüntüləri yayılıb.

Ordan-burdan.com Publika.az-a  istinadən xəbər verir ki, Rusiya paytaxtında baş verən qorxunc hadisənin görüntüləri “Rossiya 1” telekanalında, Andrey Malaxovun aparıcısı olduğu “Pryamoy efir”də nümayiş etdirilib.

Mariya Syaçina yardım xahişiylə “Pryamoy efir”in studiyasına gəlib. Onun sözlərinə görə, milyonçu Ziyafət Kərimov onu 2017-ci il fevralın 23-də döyüb. Qadının sözlərinə görə, Kərimovun öz ailəsi və uşaqları var. O, Mariya ilə 15 il əvvəl görüşməyə başlayıb. Beş il əvvəl isə Marıyanın milyonçudan bir qızı dünyaya gəlib. İndi isə o, öz həyatı və uşağın təhlükəsizliyi üçün qorxur.

Mariyanın sözlərinə görə, hadisə Kərimov sahibi olduğu və özünün də işlədiyi kafenin qarşısında baş verib. O, həmin gün axşam işdən sonta Ziyafət və onun dostları ilə dincəlirdi. Qadın iddia edir ki, Kərimov onu birdən küçəyə çağırıb və hər hansı xəbərdarlıqsız döyməyə başlayıb.

Mariya hadisədən bir gün sonra Moskvadan gedib. Kərimov üzr istəyib, amma qadın qeyd edir ki, indiyə qədər ondan qorxur.

Kərimov isə hərəkətini qadını dostlarından kiməsə qısqanması ilə izah edib.

Qeyd edək ki, Ziyafət Kərimovun azərbaycanlı olduğu bildirilir.

32 dəfə baxılıb...

Oxşar postlar