Salyanda 2 uşaq anası özünü asdı

Paylaşmaq gözəldir...

Salyan rayonunda iki uşaq anası intihar edib.

Ordan-burdan.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib.

Gənc qadının asılmış vəziyytədə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

22 dəfə baxılıb...

Oxşar postlar