Avstraliyada əlbəyaxa dava: kenquru yaşlı adamı döydü – Video

Paylaşmaq gözəldir...

Avstraliyanın Viktoriya əyalətində qəribə hadisə baş verib.

İki köpəyini qorumaq istəyən yaşlı adama kenquru hücum edib. Kenquru yaşlı şəxsi bir təpik zərbəsi ilə yerə sərib.

Hadisə əyalətin Bendiqo şəhərində baş verib. Göl ətrafında kenqurunun itlərinə hücumunun qarşısını almaq istəyən Deniel kisəli məməlinin yumruq və təpiklərinə “qonaq” olub.

Video çarxı sosial şəbəkədə Denielin qızı Bri paylaşıb. Mobil telefonla baş verənləri qeydə alan qız atasına kenqurunun gəlməsi barədə xəbərdarlıq edir. Bri atası ilə kenquru arasındakı mübarizəni izləyəndə özünü gülməkdən saxlaya bilməyib.

Olke.az

27 dəfə baxılıb...

Oxşar postlar