Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?

Paylaşmaq gözəldir...

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.

Bu sözləri Oxu.Az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib.

Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub:

“Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıtdə mənə dedi ki, “yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”.

Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, “sən heç bilirsən nəyə, kimə oxşuyursan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.

Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.

8 dəfə baxılıb...

Oxşar postlar