Bu ərazilərdə su olmayacaq

Bu gün iki şəhərdə su olmayacaq. “Azərsu” ASC-dən verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərində aparılan profilaktik işlərlə əlaqədar 28 noyabr 2018-ci il tarixində gün ərzində Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Ardını oxu

Ələt-Astara yolunda yaxın günlərdə ÖDƏNİŞ ÜÇÜN TURNİKETLƏR quraşdırılacaq

“Ələt-Astara-İran sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər”. Ordan-burdan.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, yollarda ödəniş üçün turniketlər artıq sifariş verilib: “Avtomobil yolu artıq istifadəyə verilib. Ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər…

Ardını oxu

Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz”

Bu gündən Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərdən istifadə edilməsinə qadağa qoyulub. Yol polisinin xəbərdarlığına əsasən belə sürücülər 150 manat miqdarında cərimələnirlər. Lakin ekspertlər burada bir məntiqsizliyin hökm sürdüyünü bildirirlər. “Avtostop” verilişinin aparıcısı Tural Yusifov baku.ws-ə bildirib ki, əslində jalüzlər qanunla qadağan deyil. Buna görə də, qanunda 150 manat cərimə nəzərdə tutulmayıb. Heç bunun cəriməsi də yoxdur. İnzibati Xətalar Məcəlləsində, hansıkı yol…

Ardını oxu

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Ordan-burdan.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş…

Ardını oxu

Bakının bu əraziləri İŞIQSIZ QALACAQ

Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. “Azərişıq” ASC-dən Ordan-burdan.com-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Ardını oxu

DİQQƏT! Bu küçələrdə sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  Ordan-burdan.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı xəbərə görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət…

Ardını oxu

Sabah Bakıda yağış yağacaq – XƏBƏRDARLIQ

  Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ordan-burdan.com -a verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan…

Ardını oxu

Badamdar sürüşmə zonasında çatların ölçüsü artıb – Nazirlik

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ordan-burdan.com-a verilən məlumata görə, sürüşmə zonasının yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Ardını oxu

Badamdar: süxur kütlələri yer dəyişib

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Ordan-burdan.com-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Ardını oxu
1 2 3 8